View Full Version : Azərbaycan Dilində Danışaq!!!


ilgar_azeri
July 23rd, 2011, 10:20 PM
Əfsuslar olsun ki, Azərbaycan dilində danışmamaq bir yana, dilimizi olduqca bərbad vəziyyətə salır buranın bir çox üzvləri!
Xahiş edirəm,dilimizə qarşı çox diqqətli olaq!
Nəticədə bura forumun Azərbaycan bölməsidir və əsasən də Azərilər tərəfindən ziyarət olunur!
Ona görə sizdən xahiş edirəm ki,öz dilimizdə danışaq və öz dilimizdə müzakirələr aparaq!
Dil bilmək ə`la şeydir,amma öz dilində danışmaq daha yaxşı xüsusiyyətdir. Özümüz oz dilimizə hörmət etmədikcə nə ölkəmizə,nə də millətimizə başqa millətlərdən hörmət gözləməyin!
Ona görə biz özümüzə yer tapa bilmirik ki, əcnəbilərin dilində danışmağa çalışır,onları az qala başımızın üstündə oturduruq!
Qonaqpərvərlik gözəl xüsusiyyətimizdir,amma bu cəhəti Yaltaqlıqla qarışdırmaq lazım deyil!
Bir millətin varını,dövlətini əlindən alsan, o millət itməz,batmaz! Amma bir millətin dilini əlindən alsan, o millət yerlə yeksan olunar,məhv olar!

Biz indi məhv olmağa doğru gedirik! Rus,İngilis, Türk və az qala erməni dilində yazıb danışırıq! Bircə öz dilimzidən başqa!

Azərbaycanlı olub Azərbaycanca yazanlar öz yazılarına baxıb utansınlar!
İllərcə Azərbaycanda yaşayan fərqli millətlər heç Azəricə danışmağa cəhd etmədiyi halda biz dəridən qabıqdan çıxırıq ki,onların dilində danışaq!
Amma nə bir türk,nə bir rus , nə də bir qeyri millətin nümayəndəsi dilimizdə danışmağa cəhd etmir!
Bizim millət dünyada dil qavramağı ən yaxşı bacaran millətlərin başında gəlir... Kaş dil öyrətməkdə də ilk sıralarda olaydıq!
Əfsuslar olsun ki bu mənada yalnız siyahını tərsinə tutanda ilk sırada görsənirik!

Ayılın, Azərbaycan vətəndaşları!

Xtreminal
July 24th, 2011, 12:08 AM
Ilgar, burda biz Azerbaycanca yazmagda hec kime mane toretmirik amma rus ve ingilis ele Azerbaycanda yayilibsa, ona gore bizde rus ve ingilis mektebleri artmaqdadir? Elbette yox.

Azerbaycan dilini guclendirmek isteirsiz? Gedin wikipediyaya tercume eleyin artikllari. Sozle bize lag tutmaqla, ish qutarmir.

Galandar
July 24th, 2011, 01:39 AM
Əvvəlcədən qeyd edilən kimi, bu forumda Azərbaycan, Rus və İngiliz dilləri rəsmi dillərdir və bu dillərin hər birində yazmaq istifadəçilərin mənəvi haqqıdır. Nəzərə almaq lazımdır ki, bu forum həm azərbaycanlılar həmdə əcnəbilər tərəfindən oxunulur, bundan başqa bəzi soydaşlarımız ana dilində fikirlərini çatdırmagda çətinlik çəkir. Buna görədə yuxarıda qeyd olunan üç dil rəsmi dil statuslarını goruyub saxlayırlar. Söhbəti burda bağlayag!

ilgar_azeri
July 24th, 2011, 09:44 AM
Ilgar, burda biz Azerbaycanca yazmagda hec kime mane toretmirik amma rus ve ingilis ele Azerbaycanda yayilibsa, ona gore bizde rus ve ingilis mektebleri artmaqdadir? Elbette yox.

Azerbaycan dilini guclendirmek isteirsiz? Gedin wikipediyaya tercume eleyin artikllari. Sozle bize lag tutmaqla, ish qutarmir.

Işinə yaramayan kimsə onsuzda bu ideyanı bəyənməyəcəkdi- bunu əvvəlcədən bilirdim!
Amma xahiş edərdim ki,dəstək olmayan heç köstək də olmasın!

Heç kim demir ki, proyektlərin özəlliyini ingilis və ya rusca yazmayın,əcnəbilər anlamaz! Yazın... Amma öz fikirlərinizi heç olmasa öz dilinizdə yazın...

Əgər kimsə yaza bilmirsə,yaxud da yazdığı o əndrəbazı tərzi doğru qəbul edirsə, özünə haqq qazandırmaq əvəzinə utanıb dilini təkmilləşdirsin!

50 dil bil, amma ən birinci öz dilini mükəmməl bil...

Qələndər bəy, bu forumun moderatoru kimi elə ən birinci dəstəyi sizdən gözləyirdim... Amma görürəm ki, yanılmışam!!!

Erməni budaq cümlələri qurmağa, dilimizi bərbad vəziyyətə salmağa davam edin!

Azərbaycan dilindən başqa hər dildə danışmaq PRESTİJDİR!

Düz edirlər,bizə nə edirlərsə, düz edirlər!

ALLAH amanında!

Galandar
July 24th, 2011, 01:33 PM
Qələndər bəy, bu forumun moderatoru kimi elə ən birinci dəstəyi sizdən gözləyirdim... Amma görürəm ki, yanılmışam!!!
Mən bü mövzu ilə bağlı öz fikirlərimi çox aydın şəkildə bildirdim. Mənimlə razılaşmag və ya razılaşmamag sizin işinizdir.

Galandar
July 24th, 2011, 01:39 PM
Hörmətli moderator! İlk əvvəl onu qeyd edim ki Azərbaycan dili mövzusunda hər hansı bir diskussiya başlanıb isə, onu Sizin tərəfinizdən qəti şəkildə bağlamaq düzgün deyil.
İkincisi, əgər Siz bir moderator olaraq bunu dəstəkləmək istəmirsiniz isə, o zaman Sizin idarə etdiyiniz bu forum əsasən əcnəbilərə xidmət etmə xüsusunu daşıma məqsədi ilə qurulmuş fikrini yaradır.
Bu forum, Azərbaycanda baş verən sosial və ekonomik inkişafın Azərbaycan vətəndaşları üçün bir məlumat mənbəyi xüsusunu daşımır. Burada əks etdirilən bütün məlumat hər bir Azərbaycanlını birinci növbədə əhatə etməlidir. Buna əsasən diskussiyaların heç olmazsa geniş bir qismi Azərbaycan dilində əks etdirilməlidir. Bir misal olaraq, Rusiyaya aid olan forum yalnız və yalnız Российский форум olaraq anlandırılmış və bu ölkəni əhatə edən bütün məlumat və informasıya tek bir Rus dilində əks etdirilmişdir.
Xahiş edirəm yuxarıda izah olunan fikir və muzakirələri təkrar gözdən keçirdib, moderator olaraq özünüzə nəticə çıxardasınız.

Hörmətlə,
Namiq Məmmədov

Birincisi, mənim özümdədə bu müzakirəyə böyüg marag var və bilirəm ki, bir çoxlarımız üçün bu həssaslı mövzüdur ona görədə mən bu mövzunu bağlamadım, müxtəlif istifadəçilərin nəzər nögtələrini öyrənmək istədim.

O ki galdı Azərbaycan dilində yazmağa, bir daha vurgulamag istəyirəm, bizim forumda Azərbaycan, Rus və İngiliz dilləri rəsmi dillərdir və hansı birində yazmag sizin ixtiyarınıza verilibdir. İstəyirsiz hər zaman Azərbaycanca yazın, bu baxımdan heç bir problem yoxdur ama eyni zamandada Azərbaycan dilini pis bilən və yenədə forumda fəallıq göstərən uşaglarında haqqını yeməyə çalışmayın.

ilgar_azeri
July 24th, 2011, 02:24 PM
Ümidvaram ki, Sizin də bir moderator olaraq əsasən Azərbaycan dilində diskussiyaların davam etdirilməsində müsbət rolunuz və dəstəyiniz olacaq. O ki qaldı Azərbaycan dilini pis və ya zəyif bilən Azərbaycanlı həmvətənlilərimizə, forumun təməlli olaraq ana dilimizdə informasiyanın əks etdirilməsi, bizim gənclərin haqqını yemək deyil, əksinə Azərbaycan dilinin inkişaf etməsində və dərin bilgi sahibi olma istiqamətində böyük rol oynayacaq.

Buna görə də dəstəyiniz üçün özəlliklə Sizə öncədən öz təşəkkürümü bildirirəm.

Hörmətlə,
N. Məmmədov

Baş əyirəm!!!

Hər bir ölkənin forumunun rəsmi dili məhz həmin ölkədə rəsmi elan olunmuş dil olduğu üçün bizim forumda da bu dilin məhz Azərbaycan dili olması məqbuldur!!

Əgər kimsə Azərbaycanca zəif bilirsə, biz ona görə dilimizi dəyişməli deyil,əskinə müzakirələri daha çox öz dilimizdə aparmaqla onların dilinin inkişaf etməsinə də zəmin yaratmalıyıq!
O insanlar davamlı şəkildə xarıcdə yaşamaqla, əcnəbi dildə danışmaqla öz doğma dillərini yadırğayırlar. Bəs onda biz bu forumda da Azəricə danışmasaq onlar harada öz dillərini yada sala biləcəklər???

Bu forumu bir neçə ildir təqib edirəm, amma qeydiyyatdan bir ilə yaxındır keçmişəm. Amma bu müddətdə dilimizin inkişafı naminə hər hansı bir töhfə görmədiyim bir yana, eybəcər və heç bir çərçivəyə sığmayan " Azərbaycan" cümlələri izləməkdəyəm!

Əgər bu sizi qane edirsə, elə indicə deyin ki, mən də özümü yormayım və zəhlənizi də tökməyim!!!

Əminəm ki, hər kəs qəlbinin dərinliklərində bununla razıdır! Amma nədənsə razılaşmaq istəmirik!

Bir vaxtlar ruslar sanki daha prestijli görünsünlər deyə, zadəgan ailələrində Fransızca danışır, öz dillərini aşağılayırdılar! Eyni şey uzun illərdir bizdə də davam edir!
Azərbaycan dili dünyanın ən zəngin və ən gözəl dillərindən biri olduğu halda, biz rus və ingiliscə danışaraq özümüzü kimlərəsə daha kübar və çoxbilmiş göstərməyə cəhd edirik!
Bir sualım var: Almanyada və bir çox ölkələrdə türklər və ruslar yaşayır. Amma onlar hər yerdə və hər zaman türkcə danışmağa cəhd edir və bu ənənəni hər yerdə yürüdürlər. Onlardan daha mı ağıllıyıq? Yaxud da nəyimiz onlardan əksikdir!
Bir türk forumu göstərin ki, orada Azəri və ya Rus üzvlərin sualına türk dilindən başqa dildə cavab verilsin!!! Bilsələr belə verməzlər!!!
Eynisi də qeyri millətlərə aiddir!

Amma bizdə öz dilimizdən başqa hər dildə cavab verilir və öz poliqlotluğumuzu göstərməyə cəhd edilir!!

İlərdir Azərbaycanda yaşayan əcnəbilər bir "Salam" kəlməsini demədiyi halda adi çoban da az qala Hello, Merhaba, Privet, Bonjorno, Hola nə bilim daha nələri bülbül kimi əzbər bilir!!!

Belə davam etdikcə bizə olan hörmət bundan artıq olmayacaqdır!

Xoşdursa, davam edin!

Galandar
July 24th, 2011, 02:28 PM
Ümidvaram ki, Sizin də bir moderator olaraq əsasən Azərbaycan dilində diskussiyaların davam etdirilməsində müsbət rolunuz və dəstəyiniz olacaq. O ki qaldı Azərbaycan dilini pis və ya zəyif bilən Azərbaycanlı həmvətənlilərimizə, forumun təməlli olaraq ana dilimizdə informasiyanın əks etdirilməsi, bizim gənclərin haqqını yemək deyil, əksinə Azərbaycan dilinin inkişaf etməsində və dərin bilgi sahibi olma istiqamətində böyük rol oynayacaq.

Buna görə də dəstəyiniz üçün özəlliklə Sizə öncədən öz təşəkkürümü bildirirəm.

Hörmətlə,
N. Məmmədov
Hörmətli Namiq, mən forum yaranan gündən bir çox mövzuda bəzən Azərbaycan dilində yazıram. Forumdakı bir çox başlıqı Azərbaycan dilinə tərcümə eləmişəm, eyni zamanda Azərbaycan dilində olan diskussiyalara dəstək vermişəm. Sizin məndən bundan artıq nəsə istəməyinizi anlaya bilmirəm.

Galandar
July 24th, 2011, 02:38 PM
ilgar_azeri, məncə burda dramaya ehtiyac yoxdur. Biz hamımız yaxşı bilirik ki, 70 illik Sovyet hökümətinin təsiri, eyni zamanda əlifbanın bir neçə dəfə dəyişilməsi, kitab gıtlığı və ümumilikdə təhsil səviyyəsinin aşağı düşməsi vəziyyəti nəyə gətirib çıxarıb. Sizin istədiyiniz prosesə bizim hamımızın ehtiyacı vardır ama bu bir iki gündə həll olunacag məsələ deyil, özüdə məsələnin həlli üçün bu forum ən yaxşı platforma deyil. Burda informasiya həm soydaşlarımız həmdə xarici vətəndaşlar ücün verilir ona görədə ən azı bu gün üçün buranın sırf Azərbaycan dilli forum olmasına mən garşıyam.

ilgar_azeri
July 24th, 2011, 02:42 PM
ilgar_azeri, məncə burda dramaya ehtiyac yoxdur. Biz hamımız yaxşı bilirik ki, 70 illik Sovyet hökümətinin təsiri, eyni zamanda əlifbanın bir neçə dəfə dəyişilməsi, kitab gıtlığı və ümumilikdə təhsil səviyyəsinin aşağı düşməsi vəziyyəti nəyə gətirib çıxarıb. Sizin istədiyiniz prosesə bizim hamımızın ehtiyacı vardır ama bu bir iki gündə həll olunacag məsələ deyil, özüdə məsələnin həlli üçün bu forum ən yaxşı platforma deyil. Burda informasiya həm soydaşlarımız həmdə xarici vətəndaşlar ücün verilir ona görədə ən azı bu gün üçün buranın sırf Azərbaycan dilli forum olmasına mən garşıyam.

"ən azı bu gün üçün buranın sırf Azərbaycan dilli forum olmasına mən garşıyam" - Bu sözlər artıq hər şeyi deyir!!!

Bununçün nəinki burda və bu gün- hər yerdə və həmişə çalışmaq lazımdır, Mr. Galandar!!!

Ən yaxşı sabah bu gündür!!!

Ən böyük problem isə özünü bəyənməkdir!!! Moderator olmaq- camaatı məntiqli ya məntiqsiz yerində otuzdurmaq demək deyildir!!! Nəzərə alın!

Galandar
July 24th, 2011, 04:10 PM
Moderator olmaq- camaatı məntiqli ya məntiqsiz yerində otuzdurmaq demək deyildir!!! Nəzərə alın!
Addım başı moderator statusumu ortaya goymağınızın mənasınıda tam başa düşə bilmirəm. Söhbət sadəcə moderator statusundan getmir, forumda fəallıgdanda gedir. Burda bəzi istifadəçilərin məsləhəti və istəkləri mənim düşüncəmdən və istəklərimnən heçdə az dərəcədə garşılanmır, ama söhbət aktiv istifadəçilərdən gedir. Əfsuslar olsun ki, siz və Namka forumda elə fəal deyilsiz və mesajlarınızın sayından bu açıgca görsənir.

Xtreminal
July 24th, 2011, 04:50 PM
Ay qardash, men basha dusmurem ne isteyirsiz? Ingilisce basha dusmursuz - Google Translate ishledin. Kim nece asandir, o dilde oz fikrini yazsin, biz hec kimi mecbure ede bilmerik.

Vessalam.

BaKuCiTy
July 24th, 2011, 05:37 PM
Salam forumun Azerbaycanli ishtirakcilari. bir terefden raziyam ki Azerbaycan dili mütleq olmalidi. menim ücün Azerbaycan dili en gözel, en müqeddes dildi. bir Azerbaycanli oralaq, fexr edirem herden televizorda bir ecnebi Azerbaycanca danishanda. amma bir cox Azerbaycanlilar varki rus dilini öz dileri hesab edirler ve Azerbaycan dilinde bir iki sözden bashga hecne bilmirler. buna men baxib heyfslenirem, amma ne etmek olar? gerek bu adamin icinen gelsin öz Azerbaycan dilini bilmek, danishmaq. Amma bura beynalxalq forumdu ve burda Azerbaycan diliynen yanashi, rus ve ingilis dilerinde'de yazilir. Siz en yaxshisi bu meseleni Azerbaycan forumlarinda, saytlarinda qaldirin. cünkü ora yalniz Azerbaycanlilar girir. bu open, baku, favorit, bakililar ve birnece ayri saytlar ve forumlardi. Bu meseleni burda bitirek. Hamimiz Azerbaycanliyig ve bir olmaliyig! Vessalam!

ilgar_azeri
July 25th, 2011, 07:12 AM
If you have some difficulties of understanding you can evaluate your brain. Otherwise please continue be a stupid or just buy a brain.

И вообще вы кто? Ваша писанина не что иное как нелепое беспардонное вклинивание в дискуссию с глупыми изречениями. Научитесь писать по-азербайджански!

İndi Google Translate xidmətindən istifadə edib dediklərimi tərcümə edin və nəticə əldə edin.

Vəssalam!
Bundan gözəl cavab ola bilməzdi!!!

BaKuCiTy - Siz indi yazdığınız Azərbaycancanın səviyyəsindən razısınızmı?

Xtreminal - Qardaş, sənin kimi 10`ca nəfər də olsa bizi burdan elə qovarlar ki, Azərbaycanca səndən də əndrabazı formada yazmağa məcbur olarıq...
Ən birinci hörmətsizliyi elə burda görürük! Demirəm ki, kimsə məndən zəif vətənpərvərdi,əskinə müəyyən üzvlər var ki, onlara çox minnətdaram...
Amma doğma dilində danışmağı çuşkalıq bilib,rusca danışa bilməyənləri çuşka adlandırıb, ingilis və türkcə danəşmağı prestij bilənlər mənimçün gədədən fərqli deyillər!!!

Galandar
July 25th, 2011, 10:19 AM
Namka, siz yazdıglarınıza fikir verin, dəyəsən çaşa çaşa bu forumda bandan başga bir şeyə nail olmayacagsınız.

ilgar_azeri, sizdə bütün bu faydalı məsləhətlərinizi və reformlarınızı elə ən birincisi imzanızda olan öz blogunuzda tətbig eləsəz lap gözəl olardı.

Mövzu bağlandı!