SkyscraperCity banner

1 - 9 of 9 Posts

·
Registered
Joined
·
10,265 Posts
Discussion Starter · #1 ·
Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır.

1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. Bu gün Bakıda 41 kənd var.
 

·
Registered
Joined
·
10,265 Posts
Discussion Starter · #2 ·
Əmircan Bakının qədim kəndlərindən sayılır. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. SalamNews-un məlumatına görə, tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər.

"Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Burada Nizaməddin məscidi (XIV əsrdə tikilib), Minarəli Məscid (1908-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən tikilib) Səttar Bəhlulzadənin ev muzeyi (muzeyin rəsmi açılışı olmadığından çəkilişə qadağa qoyulub) və s tarixi yerlər var.





Murtuza Muxtarovun qebri.


Abbasquklu aga Bakixanoun yashadigi ev.




Murtuza Muxtarovun tikridiyi mescid.
 

·
Registered
Joined
·
10,265 Posts
Discussion Starter · #4 ·
Mərdəkan şəhər tipli qəsəbə olmaqla yanaşı müalicə-istirahət zonalarından biridir. Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3-2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilib.


Tədqiqatçılar bildirirlər ki, Herodot, Strabon kimi səyyahların da Mərdəkan haqqında yazıları olub.



Merdekan Qalasi.








 

·
Registered
Joined
·
1,940 Posts
Country's villages turn into masterpiece PHOTO

1009454

 
1 - 9 of 9 Posts
Top