SkyscraperCity banner

561 - 580 of 589 Posts

·
Registered
Joined
·
405 Posts
Aqlay deyil ama butun sheheri shablon kimi qurmizi kerpice buruyurler. Идей не больше чем у шестилетнего ребенка, да и у того их больше будет >(
А что стало с трамваями?
 

·
Azeri Dragon
Joined
·
6,401 Posts
Президент выделил Гяндже 10 миллионов манатов

Президент Азербайджана Ильхам Алиев во вторник подписал распоряжение о дополнительных мерах по ускорению социально-экономического развития города Гянджи.

В соответствии с распоряжением, для ускорения социально-экономического развития Гянджи из предусмотренного в государственном бюджете на 2014 год резервного фонда Президента Исполнительной власти города будет выделено пять миллионов манатов. Согласно другому распоряжению, в целях строительства автомобильных дорог общей протяженностью 21 километр для соединения поселков Мехсети, Садыллы, Натаван, Шыхзаманлы, Джавад-хан, где проживает 31 тысяча человек, с городом Гянджа из средств, предусмотренных в государственном бюджете на 2014 год на строительство и реконструкцию межпоселковых автомобильных дорог, Исполнительной власти города Гянджи будет выделено пять миллионов манатов. Министерству финансов поручено обеспечить в установленном порядке финансирование в сумме, предусмотренной распоряжениями.
http://minval.az/news/65704/#sthash.JqmyOCPh.dpuf
 

·
Azərbaycanlı Moderator
Joined
·
14,917 Posts
Gəncə şəhərində əsaslı tikinti-quraşdırma və abadlaşdırma işləri sürətlə davam etdirilir

Gəncə şəhərinə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin, imzaladı sərəncam və fərmanların icrası ilə bağlı müasir dövrdə şəhərin inkişaf strategiyasına uyğun olaraq tikinti, abadlıq - quruculuq işlərinin aparılmasında özünəməxsusluğun qorunub saxlanılmasına xüsusi diqqət yetirilməklə əməli tədbirlər həyata keçirilir.

Dövlət başçısının müvafiq tapşırığına əsasən, şəhərdə sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə hazırlanmışdır. Bununla əlaqədar ilkin olaraq şəhərin mərkəzi hissəsindən keçən Gəncəçay çayının sağ və sol hissəsində - 2,4 km uzunluğunda bulvar salınacaq, çayın məcrasının yenidən qurulması işləri davam etdirilir. Burada əhalinin xoş və mənalı istirahəti üçün bütün şərait yaradılacaqdır.

Ölkə Prezidentinin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilir. Cari ildə Filarmoniya istifadəyə verilməsi gözlənilir.2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən, orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” Kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri sürətləndirilmişdir.

Atatürk prospekti, 264 və 266 ünvanda inşa edilən 50 mənzilli 5 mərtəbəli yaşayış binasının tikintisi sürətləndirilmiş, həmçinin bu prospektdə, Respublika Təhsil İdman Məktəbinin qarşısında ümumi yaşayış sahəsi 32 min 819 kv. metr olan 4 ədəd 7 mərtəbəli, 2 ədəd 5 mərtəbəli yaşayış binasının inşası aparılır.

Ş.İ.Xətai prospekti, 34 ünvanda 4,96 ha ərazidə ümumi sahəsi 16 min kv. metrdən çox olan 3 bloklu, 12 mərtəbəli yaşayış evi 2 mərtəbəli qeyri-yaşayış sahəsinin inşası davam etdirilir. Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində 0,5 hektar torpaq sahəsində 4 ədəd 1 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması başa çatmaq üzrədir.

“Yeni Gəncə yaşayış Kompleksi” MTK tərəfindən 3,3 ha torpaq sahəsində 2,4 və 8 bloklu, ümumi sahəsi 69,6 min kv. metrdən çox yaşayış kompleksinin və Cavad xan küçəsi, 34 ünvanda 7 mərtəbəli, ümumi sahəsi 5 min 586 kv. metr olan Biznes Mərkəzinin inşası davam edir.

Fikrət Əmirov küçəsində 5 mərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Vəli Xuluflu küçəsində “Bazar Store” MMC-nin, aeroport yolu istiqamətində maşın bazarının, Nizami prospektində çoxmərtəbəli Ticarət Mərkəzinin və digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir.

Hacıkənd qəsəbəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan parkın ərazisi genişləndirilmiş, 200 p/metr bordür düzülmüş, 12 ədəd yeni 5 fanarlı işiqlandırma dirəyi quraşdırılmış, 700 kv.metr yeni qazon salınmış, 100 kv.metr istinad divarı inşa edilmiş, 13 ədəd səlcuq qoyulmuşdur. Qəsəbədə abadlıq-quruculuq işləri davam etdirilməklə yanaşı, burada inşa edilən dördmərtəbəli mehmanxananın tikintisi sürətləndirilmişdir.

Gəncə şəhərində Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Gəncənin tam ərazisini əhatə edən kadastr işləri, həmçinin şəhərin daşınmaz əmlakının mükəmməl elektron kadastr məlumat bazasının yaradılması sahəsində tədbirlər davam etdirilir.

Şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və bərpası ilə bağlı 2015-ci ilin birinci yarımilliyi ərzində yolların genişləndirilməsi işləri davam etdirilməklə, prospekt və küçələrdə mövcud binaların fasadlarının, fərdi evlərin müasir və klassik memarlıq üslubunda yenidən üzlənməsi istiqamətində genişmiqyaslı işlər aparılmışdır.

Uzunluğu 19,2 kilometr olan Zazalı-“İmamzadə” kompleksi – Gəncə avtomobil yolunun tikintisinə başlanılmış, şəhərlə kompleksi birləşdirən yol genişləndirilmiş, yeni asfalt örtüyü salınmış, yol kənarlarındakı divarlar dekorativ kərpiclə üzlənmiş və bu sahədə işlər davam etdiriləcəkdir.

Əziz Əliyev, Keçid, Qaçaq Nəbi və digər küçələrdə mövcud bort daşları təmir olunmuş, 1 min 870 kv.metrdən çox asfalt örtüyü salınmışdır. V.Xuluflu, A.Səhhət, Yeni Gəncə qəsəbəsində yüksəkmərtəbəli binalarda 20-yə yaxın lift təmir edilərək işçi vəziyyətə gətirilmişdir.

http://www.ganjanews.az/2015/08/10/...dlaşdırma-işləri-sürətlə-davam-etdirilir.html
 
561 - 580 of 589 Posts
Top