SkyscraperCity banner

581 - 589 of 589 Posts

·
Moderator
Joined
·
4,960 Posts
Gəncə Beynəlxalq Avtovağzal Kompleksində tikinti işləri yekunlaşıb

Qeyd edilib ki, 3 hissədən ibarət binada sərnişinlər üçün kassa, gözləmə zalı, ana və uşaq otağı, ibadətxana, kommunikasiya dolabı, dispetçer və mühəndis otaqları, tibb, polis və təhlükəsizlik xidməti məntəqəsi yaradılıb. Zalda avtobusların hərəkət cədvəlini göstərən elektron lövhə asılıb, döşəmə isə günərzi isitmə sisteminə qoşulub. Avtovağzalın və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün binanın daxili divarlarında yanğın əleyhinə vasitələrlə təmin edilmiş dolablar qoyulub, videomüşahidə kameraları quraşdırılıb.

N.Həsənov deyib ki, avtovağzalın birinci mərtəbəsində özünəxidmət kafe,ikinci mərtəbədə isə 450 kavdrat metr sahədə restoran, eləcə də gənclər üçün istirahət guşəsi, market, süvenir, hədiyyə və telefon aksessuarları mağazası, tibb məntəqəsi və əczaxana fəaliyyət göstərəcək. Kompleksin digər otaqlarında isə avtovağzal əməkdaşlarının fəaliyyəti üçün zəruri otaqlar yaradılacaq.

Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin gələcək iş rejimi haqqında məlumat verən Namiq Həsənov deyib ki, avtovağzalda hər gün səhər saat 6:00-dan başlayaraq əsasən respublikanın Şimal, Cənub və Şərq bölgələrinə, həmçinin beynəlxalq istiqamətdə sərnişindaşımalar həyata keçiriləcək.

Bildirilib ki, avtobusların daha asan yanalması üçün kompleksdə peron quraşdırılıb. Avtovağzalı fasiləsiz su ilə təmin etmək və yanğın təhlükəsizliyi məqsədilə hər biri 60 tonluq iki yeraltı su çəni tikilib. Binanın istmə sistemini təchiz etmək üçün isə istixana yaradılıb. Kompleksdə həm də sürücülər üçün istirahət otağı, sərnişin yüklərinin saxlandığı baqaj, ərzaq anbarı, avtomobil ehtiyat hissələri mağazası, nəqliyyat vasitələrinə texniki xidmət və avtoyuma məntəqəsi fəaliyyət göstərəcək.













https://azertag.az/xeber/Gence_Beyn..._Burada_200_nefer_isle_temin_edilecek-1113183
 

·
Moderator
Joined
·
4,960 Posts
Gəncə çayının sol sahilində salınacaq bulvar müasir tikililəri ilə şəhərin simasını dəyişəcək

Gəncə çayının sol sahilində salınacaq yeni bulvar şəhərin bu hissəsinə xüsusi gözəllik bəxş edəcək. Bulvarın girişi, yəni Nizami prospektinin Gəncə çayı üzərindəki körpüdən şəhərin mərkəzinədək olan hissə genişləndiriləcək. Prospekt boyunca 7 ədəd 9 mərtəbəli yaşayış binası inşa ediləcək. Gəncə çayının sahilində salınan yeni bulvardakı tikililər isə qədim Gəncənin müasir simasını tamamilə dəyişərək buranı həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin sevimli istirahət məkanına çevirəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.

Əvvəlcə, Gəncə çayının sol sahilində görüləcək işlərin ümumi planı ictimaiyyətə təqdim olunub.

Bildirilib ki, Gəncə çayı sahilində bulvarın salınması işlərinə ilk dəfə 4 il bundan qabaq başlanılıb. Layihəyə uyğun olaraq, görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Çayın yatağı təmizlənib, məcrası isə yenidən qurularaq, hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib.

Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınıb. İstirahət məkanında Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, ağaclar əkilib, çoxsaylı dekorativ çiçək və gül kollarından ibarət yaşıllıq salınıb. Vaxtilə Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.

Həmçinin çayın sol sahilində Uşaq Gənclər İdman Mərkəzi üçün yeni bina və Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Mərkəzi tikilib. Mərkəzin qarşısında 12-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin heykəli ucaldılıb, ətrafdakı park abadlaşdırılıb.

Qeyd edilib ki, layihənin ikinci mərhələsində Gəncə çayının sol sahilində bulvarın salınması planına uyğun olaraq subasarda məskunlaşmış ailələrin qarşılıqlı razılaşma əsasında köçürülməsinə başlanılıb. Bu vaxta qədər 130 ailə əvvəlki yaşayış yerlərinin ümumi həcmindən bəzi hallarda iki dəfə böyük yeni, hər bir şəraiti olan evlə təmin edilib. Layihəyə uyğun olaraq daha 26 ailənin köçürülməsi 1 ay müddətinə yekunlaşmalıdır.

Ailələrin köçürülməsi prosesi başa çatdıqdan sonra bulvar boyunca kommunikasiya xətlərinin çəkilməsi və torpaq-bərkitmə işlərinin aparılmasına başlanılacaq.

Layihəyə uyğun olaraq, bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvar layihəsində qapalı və açıq stadionların tikintisi də öz əksini tapıb.

Müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını qeyd edən Elmar Vəliyev bildirib ki, layihənin icrası sərmayədarların qoyduğu sərmayə hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə baxılacaq və şəhərin ümumi memarlıq prinsiplərinə uyğun, xüsusən bulvara yaraşıq verəcək layihələrin icrasına icazə veriləcək.













https://azertag.az/xeber/Gence_chay...lileri_ile_seherin_simasini_deyisecek-1155614
 

·
Registered
Joined
·
10,278 Posts
Отель на бульваре в Гяндже.



что за убожество?:eek:hno:
На другое мозгов не хватает, посмотрите на новый автовокзал :nuts: очередной Шадлыг сарай, этих местных архитекторов-балбесов надо срочно отправлять на стажировку в Европу, и деньги на этом не жалеть, может тогда и увидим нормальную современную архитектуру а не этот шлак.







 

·
Registered
Joined
·
411 Posts
На другое мозгов не хватает, посмотрите на новый автовокзал :nuts: очередной Шадлыг сарай, этих местных архитекторов-балбесов надо срочно отправлять на стажировку в Европу, и деньги на этом не жалеть, может тогда и увидим нормальную современную архитектуру а не этот шлак.
Exxxxxx:eek:hno:
 
581 - 589 of 589 Posts
Top