SkyscraperCity banner

41 - 60 of 83 Posts

·
Registered
Joined
·
72 Posts
Тем более что старая гянджинская филармония не отличалась красивой архитектурой да и была в удручающем постсоветском состоянии. Ее уже снесли кстати...
Я и не знал(может забыл) что там была филармония.
 

·
Azərbaycanlı Moderator
Joined
·
14,917 Posts
Discussion Starter · #44 ·
^^ Медленно строят , из забора пока ещё ничего незаметно :eek:hno:
Сейчас идет работа над фундаментом и строительство подземной парковки.
 

·
Azərbaycanlı Moderator
Joined
·
14,917 Posts
Discussion Starter · #46 ·
Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işləri davam edir

Şəhərimizdə son dövrlərdə bir çox mədəniyyət ocaqları tikilir. Bunlardan biri də ölkə başçısı İlham Əliyevin göstərişi ilə tikilən Gəncə Dövlət Filarmoniyasının binasıdır.

Bu ilin yanvarın 21-də Prezident İlham Əliyevin təməlinin qoyduğu Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işləri davam edir. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli binanın, yerin altında olan hissəsi tikilib başa çatıb. Burada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaq. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur. Tez bir zamanda tikilib başa çatdırılması nəzərdə tutulan binanı, Gəncə Dövlət Filarmoniyasının kollektivi səbirsizliklə gözləyir.

Fikrət Verdiyev- əməkdar artist: “Gəncə Dövlət Filarmoniyasının konsert verməyə yeri yoxdur. Hamımız çox boyük həvəslə filarmoniyanın binasının tikintisinin başa çatmasını gözləyirik. Konsert vermək üçün proqramımız indidən hazırdır. Bura dünyanın populyar sənətkarlarını dəvət edərək, festivallar kecirəcəyik. Gəncə şəhər əhalisi və Gəncəbasar sakinləri üçün gözəl konsertlər verəcəyik”.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının köhnə binası 1985-ci ildə tikilib və Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılıb. Filarmoniyanın nəzdində Gəncə Dövlət Kamera Orkestri, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir.

15 noyabr, 2012
Kəpəz TV
 

·
BAKU I LOVE YOU
Joined
·
956 Posts
Azərbaycanda tayı-bərabəri olmayan mədəniyyət ocağı inşa olunur

Gəncə şəhərinin baş memarı Əli Rüstəmli Milli.Az-a açıqlamasında bildirdi ki, yeni inşa olunan filarmoniya 3000 nəfər tamaşaçı tutumlu olacaq. Baş memarın sözlərinə görə, yeddi mərtəbədən ibarət olacaq filarmoniya binasının 4 zalı olacaq. Müasir və böyüklüyü ilə seçiləcək filarmoniyanın ikimərtəbəli avtomobil dayanacağı, lüks lifti olacaq. Bundan başqa binanın fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Ə.Rüstəmli qeyd etdi ki, inşa olunan mədəniyyət ocağı Bakıdakı Müslüm Maqomayev adına Dövlət Filarmoniyasından ölçüsünə və üslubuna görə seçiləcək. Hazırda 3 mərtəbəsi tikilən binanın gələn il istifadəyə veriməsi nəzərdə tutulub.







www.milli.az
 

·
Registered
Joined
·
222 Posts
Azərbaycanda tayı-bərabəri olmayan mədəniyyət ocağı inşa olunur
Bu vaxta kimi bütün proyektlerin,parkların,binaların və ümumiyyətlə daş üstünə qoyulan daşın ANALOQU yox idi.Ama bu söz köhnəldi deyesən.Bundan sonra "tayı bərabəri" olmayacaq?!
 

·
Azeri Dragon
Joined
·
6,401 Posts
Bu vaxta kimi bütün proyektlerin,parkların,binaların və ümumiyyətlə daş üstünə qoyulan daşın ANALOQU yox idi.Ama bu söz köhnəldi deyesən.Bundan sonra "tayı bərabəri" olmayacaq?!
Kut jurnalist fabrikasinin mehsullaridir
 

·
Registered
Joined
·
1,834 Posts
Bu vaxta kimi bütün proyektlerin,parkların,binaların və ümumiyyətlə daş üstünə qoyulan daşın ANALOQU yox idi.Ama bu söz köhnəldi deyesən.Bundan sonra "tayı bərabəri" olmayacaq?!
у меня те же самые мысли сразу появились в голове при виде этого выражения ! :D
 

·
Registered
Joined
·
3,619 Posts
В скором времени эта филармония будет новым символом Гянджи .
 
41 - 60 of 83 Posts
Top