SkyscraperCity banner

1 - 10 of 10 Posts

·
Registered
Joined
·
10,250 Posts
Discussion Starter · #3 ·
Orda bir dene gozel Alban kilsesi var men bilen
“Kürmüx” məbədi (I-III əsrlər)

Albaniya dövrünə aid olan və hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi fəaliyyət göstərmir və ölkə əhəmiyyətli tarixi abidədir. Kürmük məbədi 1892-ci ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilmişdir. Lakin buna baxmayaraq alban kilsəsinin qalıqları ətrafda açıq-aydın nəzərə çarpır. Yerli əhali tərəfindən ziyarətgah kimi qəbul edilən və bir neçə il öncə təmir olunmuş kilsəyə ildə iki dəfə – may və noyabr aylarında dini mərasim keçirmək üçün insanlar toplaşır. Mərasimə gələnlərin əksəriyyətini yerli, müsəlman azərbaycanlılar təşkil edir.

Qax rayonundakı təpələrdən birində yerləşən məbəd erkən orta əsr alban məbədlərindən biridir və öz adını eyniadlı çaydan götürmüşdür. “Kürmük” sözünün mənasını iki sözün birləşməsi kimi izah edirlər: “kür” azğın, dəlisov və “muq” Hun tayfalarından birinin adıdır. XIX əsrdən etibarən bu məbəd həmçinin Müqəddəs Georgiy kilsəsi kimi də məşhurdur.

Kürmük məbədinin maraqlı tarixi var. Abidə ildə günün sayı qədər məbəd tikdirən Alban hökmdarı Cavanşirin dövründə ucaldılmışdır. Hələ qədimdən insanlar Kürmük dağında qeyri-adiliyi ilə seçilən böyük daş topasını ziyarət etmişlər. İllər keçsə də bu ənənələr bu gün də qorunub saxlanılır. Ziyarətdən sonra niyyət tutulur, qurbanlar kəsilir.

Yenidənqurma işləri tamamlandıqdan sonra 2005-ci ildə məbədin açılışı olmuşdur.













scwra.gov.az
 

·
Registered
Joined
·
10,250 Posts
Discussion Starter · #5 ·
“Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi

Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir. Kilsə binasının ərazisi 120 m2-dir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.







scwra.gov.az
 

·
Registered
Joined
·
10,250 Posts
Discussion Starter · #6 ·
“Müqəddəs Nino” gürcü-pravoslav kilsəsi

Müəddəs Nino kilsəsi Qax rayonunun Əlibəyli kənd ərazisində yerləşir. Kilsənin ərazisi 0.32 ha-dır. Bu kilsə XIX əsrin sonlarında (1888-ci ildə) Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilmişdir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyəti yaxşıdır.





“Müqəddəs Sameba” gürcü-pravoslav kilsəsi

Müqəddəs Sameba kilsəsi Qax rayonunun Kötüklü kəndində yerləşir. Sahəsi 0.06 ha-dır. Bu kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilmişdir. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyəti orta səviyyədədir.



“Müqəddəs Mixeyil” gürcü-pravoslav kilsəsi

Müqəddəs Mixeyil kilsəsi Qax rayonunun Meşəbaş kəndi ərazisində yerləşir. Sahəsi 0.03 ha-dır. Bu kilsə 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilmişdir. 1992-1993-cü illərdə yenidən təmir olunmuşdur. Kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyəti orta səviyyədədir.



scwra.gov.az
 

·
Registered
Joined
·
10,250 Posts
Discussion Starter · #7 ·
Sumuq qala — Qax rayonun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.
Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında Qorxma mən səninləyəm filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.

 
1 - 10 of 10 Posts
Top